image-elabbas-salahzade-veteninfobackend

Azərbaycan Avropa qitəsinin həm təbii qaz, həm də bərpaolunan enerji ehtiyyaclarını əhəmiyyətli hissəsini etbarlı və dayanıqlı şəkildə qarşılamaq gücündə olan lider ölkədir

image-reklam_sirab_01

Bu gün dünya yeni çağırılarla qarşı-qarşıyadır. Artıq 3 ildir ki, dünyamız siyasi-iqtisadi gərginliklə baş-başadır. 2019-cu ilin dekabr ayından başlayan və sonrakı aylarda bütün dünyaya yayılaraq qlobal pandemiyaya səbəb olan COVİD-19 pandemiyasından qaynaqlanan iqtisadi resesiyanın nəticələri və bir ilə yaxındır ki, post sovet məkanında davam edən hərbi münaqişə bizləri yeni təhlükələrlə üz-üzə qoymuşdur. Artıq 3 ildir ki, ümumdünya kontekstində sabitlik, təhlükəsizlik və rifahdan danışmaq mümkün deyildir. İqtisadi kiçilmələrin doğurduğu real iqtisadi tənəzzül, nüvə təhdidləri və yeni savaş ocaqlarının yaranacağı ilə bağlı əndişələr hər birimizi ciddi şəkildə narahat etməkdədir. Davam edən hərbi-siyasi gərginliklər kontekstində Avrasiya coğrafiyası bu gün yer kürəsinin ən qaynar məkanlarından biridir. Bir-birindən gərgin geosiyasi proseslər materikin həm Avropa, həm də ki, Asiya hissəsində özünü göstərir. Bütün bunlar enerji təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Bu gün enerji təhlükəsizliyi məsələləri az qala nüvə təhdidi qədər idxaldan asılı dövlətləri ciddi şəkildə narahat etməkdədir. Ənənəvi təchizat zəncirinin qırılması nəticəsində Avropanın enerji təchizatında ciddi problemlər yaranmışdır. Davam edən hərbi toqquşmalarda istifadə edilən müasir silah sistemləri ilə yanaşı enerji ehtiyyatları və onlardan çəkindirici vasitə kimi istifadə imkanları da ciddi təhdid alətinə çevrilmişdir. Bütün bu məqamlar Avropanın gələcək iqtisadi inkişafı, xüsusən də enerji daşıyıcılarından asılığını aradan qaldırılmasında Azərbaycanın simasında Cənubi Qafqazın, Mərkəzi Asiya regionunun əhəmiyyətini ölçüyəgəlməz miqyasda artırmışdır. Bu mənada ölkəmiz dünya və Avropa üçün tək böyük karbohidrogen ehtiyyatlarına malik ölkə kimi deyil, həm də böyük beynəlxalq nüfuza malik tranzit ölkə kimi əhəmiyyətlidir. Bu gün Şərq-Qərb, Şimal-Cənub ticarət qovşaqları üzərində dünya əhəmiyyətli haba çevrilmiş ölkəmiz, ölkə başçımızın apardığı ardıcıl, konkret hədəflənmiş siyasət nəticəsində beynəlxalq əhəmiyyətli siyasi təmasların keçirildiyi ölkə, beynəlxalq siyas-iqtisadi əlaqələrdə mərkəzi və başlıca həlqə rolunu oynamağa başlamışdır. Bu mənada cari ilin fevral ayının 3-də ölkəmizin paytaxtı Bakı şəhərində təşkil edilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının siyasi, iqtisadi əhəmiyyəti olduqca böyükdür və dövlətimizin yüksələn nüfuzunun əsas göstəricilərindəndir. Beynəlxalq tədbirdə Avropa Komissiyasının, Rumıniya, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukraina və Xorvatiyanın yüksək vəzifəli nümayəndələri iştirak etmişlər. Tədbirdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Rumuniya prezidenti cənab Klaus Yohannisinin simasında iki ölkə başçısının və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun iştirakı bu konfransın ölkəmiz və Avropa üçün böyük əhəmiyyətindən xəbər verir. Bu iclasda qaz təchizatı ilə əlaqəli məsələrlə birlikdə ilk dəfə olaraq yaşıl enerji məsələsinin beynəlxalq konfrans çərçivəsində müzakirəyə çıxarılması ölkəmizin bu sahə də gələcəkdə ixracatçı ölkə olmağı hədəfləndiyini göstərir. Həmin konfransda iştirakçı dövlət liderlərinin çıxışlarından da göründüyü kimi, bu gün dəyişən dünyamızda enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb etməklə, milli təhlükəsizlik məsələsinin başlıca maddələrindəndir. Ölkəmiz başlanğıcdan bu günə kimi dünya üçün dayanıqlı, alternativ enerji mənbəyi rolunu oynamaq kimi hədəflərinə sadiqdir, qarşısına qoyduğu bütün vəzifələri və cari öhdəlikləri uğurla icra etmişdir. Nəqiliyyat sistemlərinin diversifikasiyasının uğurlu həllinə nail olmaqla təkcə öz karbohidrogen ehtiyyatlarının deyil, bütövlükdə Xəzər hövzəsinin enerji daşıyıcılarının dünya və avropa bazarlarına çatdırılması üçün bütün infrasturuktur layihələrini uğurla icra edib, neft boru kəmərlərinin oturmə qabilliyətini, dəmir yollarında yük götürmə, limanlarda yük aşırma imkanlarını xeyli dərəcə də artırmışdır. Məhz bu inkişafın nəticəsidir ki, bu gün biz TANAP-ın ötürmə gücünün 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP üzrə isə ötürmə gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsini nəzərdən keçirmək imkanlarını müzakirə edirik. Bu gün bu istiqamətdə qarşıya qoyulan əsas vəzifə yeni nəqliyyat-təchizat marşrutlarının qurulması və yeni mənbələrin cəlb olunmasından ibarətdir. Bu mənada görülmüş işlərin beynəlxalq müqavilələr sistemi ilə etibarlı qarantiya altına alınması istiqamətində səmərəli fəaliyyət qurulmuşdur və bu istiqamətdə görülən işlər beynəlxalq dəstəyi artırmaqla, yeni təşəbbüslərimizi zəmanət altına alır. Bu kimi beynəlxaq müqavilələr sırasında 2022-ci ildə Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandumun əhəmiyyətini xüsusi qeyd edə bilərik. Bu memorandum bu sahədə davamlı əməkdaşlığı təmin edən hüquqi sənədlərdən biridir. Aparılmış ilkin hesablamalar, və cari dəyərləndirmə əsasında söyləyə bilərik ki, bu gün Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavat təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Bütün bu potensialı və gələcəkdə alternativ enerji sahəsində əldə edilmiş yeni gücləri səmərəli istifadə etməklə nəinki daxili təlabatımızı ödəyə bilərik, həmçinin yaşıl enerji ixrac məhsullarımızdan birinə çevrilə bilər.
Bu layihələrin icrasına Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətlərinin cəlb olunması mühüm əhəmiyyət kəsb edir və onun gələcək perspektivini zəmanət altına alır. Burada Avropa Komissiyasının, həmçinin ABŞ və Böyük Britaniya hökumətlərinin layihəyə davamlı dəstək göstərmələri xüsusi qeyd edilməli məqamlardandır. Təbii qaz ehtiyatlarımızın ən azı 100 il üçün bəs edəcəyini nəzərə alsaq bu məqam layihələri xarici ölkələr və investorlar üçün xeyli cəlbedici edən başlıca amillərdəndir. Eyni zamanda ölkəmizdə “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. BP şirkəti ilə birlikdə işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyasının istifadəyə verilməsi əlavə enerji güclərinin yaradılması və bunun da öz növbəsində qənaət etdiyimiz qazın ixraca yönləndirilməsində bizə əlavə imkanlar yaradacaqdır.

Əlabbas Salahzadə

Millət vəkili.

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki