Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandumunu təsdiq edib.
Veteninfo.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bu gün iclasında müzakirə edilib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbl edilib.