image-10backend

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr məlum olub – SİYAHI

image-reklam_sirab_01

Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub.

Vətəninfo.az-ın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Qurbanlardan 74-ü Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i isə Azərbaycanda istismara məruz qalıb.

Qeyd edək ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki