image-4backend

Azərbaycanın xarici işlər naziri və UNOPS icraçı direktoru arasında danışıqlar aparılıb

image-reklam_sirab_01

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Xorxe Moreira da Silva ilə danışıqlar aparıb.

Vətəninfo.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edib.

Söhbət zamanı Azərbaycan-BMT əməkdaşlıq gündəliyi, o cümlədən Azərbaycanın COP29-da sədrliyi ilə bağlı məsələlər müzakirə olunub.

“Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə mübarizə səylərinə diqqət yetiriblər”, – paylaşımda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image