image-20backend

Bakıda köşk sahibi olan qardaşları bıçaqlayan şəxsin məhkəməsi başlayır

image-reklam_sirab_01

Bakıda qardaşları bıçaqlamaqda təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Vətəninfo.az-ın xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il iyunun 15-də Nərimanov rayonunun Ağa Nemətulla və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 26 yaşlı Allahverdiyev Maqsud Bəhram oğlu və qardaşı 29 yaşlı Allahverdiyev Rəcəb Bəhram oğlu köşkdə naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə M.Allahverdiyevə ağız boşluğu, bilək, qarın və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq, R.Allahverdiyevə isə beş bıçaq zərbəsi vurulub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı P.Əliyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində tutulub.

Onun barəsində Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki