image-9backend

Beş il əvvəl Rusiyada qətl törədən şəxsin məhkəməsi başlayır

image-reklam_sirab_01

Rusiyada ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Rəşad İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Vətəninfo.az-ın xəbərinə görə, işə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiyanın Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanıb.

2018-ci il avqustun 14-də R.İsayev Rusiya Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilib.

2019-cu il avqustun 21-də cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Baş Prokurorluğuna göndərilməklə cinayət işi üzrə əməl CM-nin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

2021-ci il avqustun 26-da onun barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib.

Sentyabrın 28-də R.İsayev tutulub, ona yuxarıda qeyd edilən maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki