Milli Məclis “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında məsələ müzakirəyə çıxarılıb.
Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.
Layihə səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.