Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 28 aprel 2022-ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşü baş tutub.
Qəbuldan öncə millət vəkili Ramil Həsənə müraciət edən həssas ailələrin bir qrupuna “İnvest AZ” Şirkətlər Qrupu tərəfindən hazırlanmış qida bağlamasından ibarət Ramazan sovqatı verilib.
Görüşdə iştirak edən Ucar rayon seçicilərinin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub. Görüşdə bir qisim seçici artıq həllini tapmış məsələlərlə bağlı Milli Məclisin deputatı Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.
Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər əlilliklə bağlı imtina verilən pensiyaların bərpası, işsizlik, sosial problemlərin həlli, hüquqi yardım, küçələrin işıqlandırılması, müalicə, işə bərpa, su-kanalizasiya problemləri, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı məsələlər olub. Vətəndaşlar Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.
Onuda qeyd edək ki, Ramazan bayramı münasibətilə millət vəkili Ramil Həsənin təşəbbüsü Missiya Media Qrup və “İnvest AZ” Şirkətlər Qrupunun dəstəyi ilə Ucarda şəhid, qazi və həssas ailələrin bir qrupuna bayram sovqatı paylanılması davam edir.