image-50backend

DİN: “Tərtərdə məktəbə hücum olması ilə bağlı iddialar təsdiqini tapmayıb”

image-reklam_sirab_01

Tərtər rayon Şıxarx qəsəbəsindəki 2 saylı tam orta məktəbə hücum edilməsi ilə bağlı yayılan məlumat Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a bildirilib ki, məktəbə hər hansı hücum olması ilə bağlı iddialar təsdiqini tapmayıb.

“Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsi zamanı Silahlı Qüvvələrimizə qarşı cavab tədbirləri görə bilməyən erməni hərbi birləşmələri evlərə və digər mülki obyektlərə raket və artilleriya zərbələri endiriblər. Bu atəşlər nəticəsində evləri zərər görmüş Şıxarx qəsəbə sakinləri və bir neçə köçkün ailələri həmin məktəbdə müvəqqəti yerləşiblər. Ötən müddət ərzində yaşayış yerləri tam hazır olmayan bir neçə ailə hal-hazırda orada yaşayır. Məktəbdə avadanlıqlara ziyan dəyməsi və dağınıqlığın yaranması isə nəzarətsizlik səbəbindən baş verib.

Hal-hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir”, – məlumatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki