Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxlanılan müxtəlif markalı ümumilikdə, 18 ədəd ov tüfəngi götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 ov tüfəngi könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.


























