Ukrayna ordusu ilə separatçı “Donetsk və Luqansk Xalq respublikaları”nın təmas xəttində gərginlik davam edir.
Veteninfo.az xəbər verir ki, Ukrayna Birləşmiş Qüvvələr əməliyyatı mərkəzi ötən sutka ərzində Donetsk və Luqansk separatçılarının atəşkəsi 8 dəfə pozduğunu açıqlayıb.
Diqqətə çatdırılıb ki, separatçılar Luqanksaya, Novozvanovka, Lobaçevo və Vodyanoy yaşayış məntəqələrini atıcı silahlardan və minaatanlardan atəşə tutub.
Qarşı tərəfdən isə bildirilib ki, Ukrayna ordusu 2 saat ərzində 9 yaşayış məntəqəsini atəşə məruz qoyub.
Donbasdakı separatçılar “DXQ”-nin nəzarəti altında olan Kominternovo, Oktyabr, Novolaspa, Petrovskoe, Veselenkoe və “LXR”-nın isə Nijne Lozovoe, Sokolniki, Donetskiy və s. yaşayış məntəqələrində Ukrayna ordusu ilə atışmaların olduğunu açıqlayıb.
Atışmalarda qumbaraatanlar və minaatanların işə salındığı da vurğulanıb.