image-elnurallahverdiyevbackend

Elnur Allahverdiyev: “Azərbaycanın ŞƏT-nın sammitinə dəvət olunması müsbət haldır”

image-reklam_sirab_01

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Sammitdə ŞƏT-nın 9 əsas üzv dövlətlərlə yanaşı, üç müşahidəçi qismində ölkələr və qonaq olaraq Azərbaycan, Türkiyə və Ermənistan iştirak edəcəklər.

Azərbaycanın ŞƏT-a qonaq qismində dəvət olunması ilə bağlı Vətəninfo.az-ın suallarını cavablandıran Milli Məclisin üzvü Elnur Allahverdiyev bildirib ki, 2001-ci ildə Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin Xalq Respublikası, Pakistan, Rusiya, Tacikistan, İran və Özbəkistan tərəfindən yaradılan, eyni zamanda Əfqanıstan, Monqolustan və Belarusun da müşahidəçi kimi iştirak etdiyi ŞƏT-nın işinə Azərbaycanın dəvət olunması, rəsmi Bakının regional, eyni zamanda da transmilli lahiyələrin həyata keçirilməsində önəmli rolu mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanın sammitə dəvət olunması ŞƏT-da təmsil olunan ölkələrin rəsmi Bakı ilə daha sıx və iqtisadi əlaqələr qurmaq istəyindən irəli gəlir. Eyni zamanda, bu iştirak gələcəkdə ölkəyə investisiyaların cəlbinə böyük töhvə verə bilər. Bildiyiniz kimi 2016-cı ildə Cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan respublikasının qanununu imzalayıb. Yəni Azərbaycanla ŞƏT arasında münasibətlər təkcə rəsmi Bakının təşkilatın keçirilən sammitlərində, toplantılarında qonaq qismində iştirakı ilə yekunlaşmır. Biz eyni zamanda bu təşkilatla tərəftaş statusunda əməkdaşlıq edirik”.
Millət vəkili vurğulayıb ki, nəticə etibarilə bu təşkilat Avroasiyanın böyük bir hissəsini özündə birləşdirir. Çinin iqtisadi imkanlarını, Hindistanın da son illərdə iqtisadi inkişafını nəzərə alsaq, bu təşkilata üzv ölkələr üzrə böyük bir iqtisadi məkanın yarandığı heç kimə sir deyil: “ Nəzərə alsaq ki, Azərbaycan Asiya ilə Avropa arasında çox uğurlu bir məkanda yerləşir, o zaman Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında ciddi təmas imkanlarının yarana biləcəyi də bəllidir. Hesab edirəm ki, 2001-ci ildən bu yana Azərbaycan ilə ŞƏT arasında çox ciddi əməkdaşlıq sahəsində atılan addımlar göstərir ki, həyata keçirilən uğurlu siyasət məhz 2016-cı ildə qeyd etdiyim əməkdaşlıq dialoq üzrə statusun verilməsi prosesinə təkan vermiş oldu. Bu gün Azərbaycanda ŞƏT-a daxil olan ölkələr tərəfindən müxtəlif sahələrə yatırılmar qoyulmaqdadır. Ona görə də Azərbaycan özünün iqtisadi-siyasi imkanlarından istifadə edərək bu platformada da ciddi tərəfdaş olduğun göstərib”. Elnur Allahverdiyev Ermənistanın ŞƏT-a qonaq qismində dəvət olunmasını isə onunla əlaqələndirib ki, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə təkcə ŞƏT deyil, bir sıra beynəlxalq təşkilatlarda rəsmi İrəvanın regional və beynəlxalq əməkdaşlıqlarda iştirak imkanlarına yönəlik müsbət amillərin yaranmasına təkan verib. Xüsusilə 44 günlük müharibənin ardından Ermənistan əhalisinin yenidən Nikol Paşinyana ehtimad göstərməsi, Paşinyanın özünün bölgədə sülhün davamlılığının tərəfdarı olması, regional komunikasiyaların dalandan çıxarılması ilə bağlı vermiş olduğu bəyanatlar İrəvanın təşəbbüskarlığa meyyilli olduğu tablosun yaradıb. Bu baxımdan da Ermənistan bu tip sammitlərə dəvət edilir ki, onlar üçün yaranan şansları dəyərləndirməyi bacarsınlar”.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki