image-1backend

Şimali Kiprin komitə sədri: Qazaxın kəndlərinin qaytarılması bizim üçün qürurverici hadisədir

image-reklam_sirab_01

“Şimali Kipr xalqı olaraq Qarabağda qazandığı qələbə münasibəti ilə Azərbaycanı təbrik edirik. Bununla bərabər yaxın zamanda 30 ildir Ermənistan işğalında olan dörd kəndin yenidən Azərbaycana qaytarılması bizim üçün son dərəcə qürurverici hadisədir”.

Vətəninfo.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Bakı iclasında bildirib.

“Türk dövlətləri arasında münasibətlərinin daha da güclənməsi bizim üçün son dərəcə vacibdir. Yaxın zamanda Azərbaycan Milli Məclisində dostluq qrupunun yaranmasını biz böyük sevinclə qarşılaşdıq və buna görə çox təşəkkürümüzü bildiririk”, – deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image