image-photo-2022-03-30-11-17-11-1backend

ERMƏNİLƏRİN MƏKİRLİ SİYASƏTİ

image-reklam_sirab_01

1918-ci il 30 mart soyqırımı-bir milləti, xalqı məhv etmək, soyunu-kökünü kəsmək ermənilərin daşnak dəstələrinin başçılığı ilə Azər türk-müsəlman əhalisinə qarşı törədilmişdi. Ermənilər Azərbaycandakı yəhudi xalqına qarşı da soyqırımı törətmişdi. Bir müddət rus hərbçiləri də iştirak etmişdi. Ermənilər İçərişəhərdə müsəlmanların rusları qırmaları haqqında yalan məlumatlar yaymışdı. Buna inanan rus hərbçiləri şəhərimizi Xəzər dənizindəki gəmilərdən atəşə tutmuşdular. Tezliklə bunun növbəti “erməni yalanı” və təxribatı olduğunu anlayan ruslar atəşi dayandırdılar. Qadın, yaşlı, uşaq ayırmadan Azərbaycandakı bütün türk-müsəlman əhalinin qətl edilməsi məqsədi ilə törədilmişdi.

Tarixin səhifələrini vərəqlədikcə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı xəyanətkar və iblis xislətli daşnaklar olmuşlar. «Dənizdən-dənizə böyük Ermənistan» yaratmaq xülyası ilə yaşayan daşnaklar qan tökmək, ədavət toxumu səpmək üçün həmişə məqam gözləmiş və fürsət düşən kimi öz məkrli məqsədlərini həyata keçirməyə çalışmışlar.

1918-ci ilin mart-aprel aylannda da belə olmuşdur. Sovet Rusiyasına arxalanan erməni daşnakları öz liderləri Şaumyanın, Arakelyanın, Saakyanın, Əmiryanın və digərlərinin dirijorluğu ilə 1918-ci il martın 30-31- də tarixə 31 Mart soyqırımı kimi daxil olan qırğınlar törətmişlər.

İlk həyəcanlı xəbərlər mart ayının əvvəllərində Şamaxı şəhərindən gəlməyə başlamışdır. Yaxşı silahlanmış ermənilər şəhərdə və kəndlərdə əsl istehkamlar qurur, insanlığa yaraşmayan vəhşiliklər törədirdilər. Şahidlərin yazdıqlarına görə, ermənilər evlərə soxulur, talançılıq edir, uşağa, qocaya, qadına aman vermir, hamını güllədən keçirirdilər. Həmin günlərdə təxminən 7 min azərbaycanlının həyatına son qoyulmuşdur.

Ermənilər Şamaxıda başladıqları qətlanı mart ayının son günlərində Bakıda və Bakıətrafı kəndlərdə eyni amansızlıqla davam etdirmişlər. Daşnaklar Bakıdakı «Metropol» mehmanxanasının yaxınlığında, «Ermənikənd », «Qanlı təpə» deyilən yaşayış sahələrində azərbaycanlıları güllə yağışına tutur, günahsız insanları yerindəcə qətlə yetirirdilər.

Ən dəhşətli qırğın isə Azadlıq meydanında baş verəcəkdi. Ermənilər şəhərin şimal hissəsindəki məhəllələrdə yaşayan azərbaycanlıların buradakı taxta sirk binasına dolduraraq ağzını bağlamışlar. Onların məqsədi sirkin binasına od vurub insanları diri-diri yandırmaq imiş. Lakin burada onlar məkrli niyyətlərinə çatmamışlar. Köməyə gələn qüvvələr günahsız insanları xilas etmişlər.

Həmin qanlı mart günlərində Bakıətrafı kəndlərdə də şiddətli döyüşlər baş vermişdir. Bülbülə kəndi ətrafında gedən döyüşlərdə zirehli texnikadan istifadə edən ermənilər xeyli soydaşımızı qətlə yetirmişlər. Hadisələr martın 31-də kulminasiya nöqtəsinə çatmışdır. Qeyri-bərabər döyüşlərdə 10 mindən artıq soydaşımızın həyatına son qoyulmuş, şəhərin Azərbaycanlılar yaşayan hissələri tamam dağıdılmışdır.

1918-ci ilin mart-aprel aylarında ermənilər Qubada, Gəncədə, Lənkəranda və digər bölgələrdə də eyni qəddarlıqla qətlanlar törətmişlər. Bu hadisələrdə texminən 50 min soydaşımız öldürülmüş, itkin salınmışdır.

Ümumiyyətlə, ermənilərin soyqırım siyasəti azərbaycan xalqına olmazın fəlakətlər gətirmişdir. Tarixi Azərbaycan torpağı olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1905-1918-ci illərdə azərbaycanlıları qorxutmaq və qovmaq məqsədi ilə törədilən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. 1988-ci ildə isə ermənilər xarici havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı azərbaycanlılardan güclə qoparmaq məqsədilə yeni hücum dalğasına başladılar. Hərbi münaqişə nəticəsində Dağlıq Qarabağ və ona bitişik ərazidə yerləşən Azərbaycan rayonları erməni birləşmələri tərəfindən işğal edilib.

31 Mart soyqırımı xalqımızın böyük faciəsidir. Bu faciə də bizim qan yaddaşımıza yazılıb. 1998-ci ildən başlayaraq hər il 31 Mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Biz Vətənimizi dərin məhəbbətlə sevməklə, torpaqlarımızı göz bəbəyi kimi qorumaqla cəmi şəhidlərimizin ruhunu şad etməyə, onların qisasını almağa çalışmalıyıq.

 

 

Hüseynli Elşən Adil oğlu

Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki