Maliyyə Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.
Vətəninfo.az xəbər verir ki, bu vəzifəyə 63 yaşlı Xalıq Qəhrəman oğlu Rəhmanov təyin edilib.
O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. X.Rəhmanov 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.
O, 2012-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.


























