Dünəndən bəri müzakirə olunan xəbərə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə, yəni sənədsiz zəbt və ya icazəsiz istifadə inzibati məsuliyyət yaradır.
Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə nəzərdə tutulur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər.
İddia olunur ki, bu cərimələri aidiyyəti qurumlar tətbiq edir. Məsələ ondan ibarətdir ki, bəzi sakinlər yaşadıqları binanın və ya evin qarşısında qanunsuz hasar çəkir, ərazini zəbt edir və avtomobili həmin sahədə saxlayırlar.
Bu halda müvafiq orqanlar tərəfindən cərimə tətbiq oluna bilər. Bu cərimələrin AYNA tərəfindən tətbiqi ilə bağlı məlumatlar yayılsa da, qurumdan “Cebheinfo.az”-a bildirilib ki, cərimələri tətbiq edən onlar deyil.
Eyni zamanda, hələ də sual açıq olaraq qalır. Cərməni kim yazacaq?


























