İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi haqqında Qanun layihəsinə 2-ci oxunuşun tələblərinə uyğun qısa fikrimi bildirəcəm.
1-ci oxunuşda çıxışım zamanı qeyd etmişdim ki, qanuna minik avtomobilləri ilə yanaşı avtobuslar və yük avtomobilləri də əlavə edilsin. Qanun layıhəsindən belə görünürdü ki, bu Qanun ekologiyanın, ətraf mühitin və insan sağlamlığının qorunması məqsədini daşıdığı kimi, həm də burada təhlükəsizlik məsələsi də əsas faktordur. Muasir dövrdə şəxşi minik avtomobili ilə yola çıxan hər bir kəs öz təhlükəsizliyi barədə özü düşünməlidir. Belə ki, artıq bir çox inkişaf etmiş ölkələrdə minik avtomobillərinin texniki baxışdan keçməsinə ehtiyac da duymurmar, yalnız operativ nəqliyyat vasitələrinin texniki sazlığı tələb olunur. Lakin ictimai nəqliyyatda, avtobuslarla müntəzəm sərnişin daşımada təhlükəsizlik məsələsi əsas məsələ hesab olunur. 1-ci oxunuşda məsələyə ekoloji baxımdan yanaşmışdım, bu dəfə isə təhlükəsizlik aspektindən yanaşaraq Bu təklifi qüvvədə saxlayıram: Bir daha təklif edirəm ki, qanuna minik avtomobilləri ilə yanaşı avtobuslar və yük avtomobilləri də əlavə edilsin.
Biz avtomobillərin çox olduğu ölkələrdən sırasında deyilik, yəni söhbət hər 1000 nəfərə düşən avtomobil sayından gedir. Amma tıxaclardan əziyyət çəkirik, qəzalarımız çoxdur. Avtomobil almağımız, daha çox ictimai nəqliyyatın yaxşı vəziyyətdə olmamasından irəli gəlir. Rəsmi statistikaya görə 2021-ci ildə ölkə əhalisi 2013-cü ilə nisbətən 763000 nəfər artdığı halda bu dövrdə avtobus sayı isə cəmi 481 ədəd artıb. Bu çox kiçik rəqəmdir. Bəş sərnişin daşıma necə həyaha keçirilib? Düzdür minik avtomobillərin sayı da bu dövrdə 300.000 artıb. Bu isə artıq təhlükəsizlik məsələsidir. Belə ki, hər gün ölkəmizdə, avtoqəzalarda orta hesabla 2 nəfər həyatını itirir, 4 nəfər ağır, yaralı vəziyyətdə xəstəxanaya düşür.
Dünyada avtobusların istismar ili ilə bağlı sərt tələblər var, onların istismar ilinə həd qoyulur. 10 ildən artıq avtobusla uşaqların daşıması qadağan olunur. Bu gün ölkədə olan avtobusların 50 % -i Bakının payına düşür. Rəsmi statistikaya görə son 10 ildə avtobusların sayı demək olar ki, dəyişməsə də Bakıda onların sayı 3000-dən çox azalıb. Bu ola bildin ki, Bakıya yeni iri tutumlu avtobusların gətirilməsi ilə bağlı olsun. Amma avtobusların sayının dəyişməməsi həm də onu göstərir ki, köhnə avtobuslar reqionlarda istismar olunur. Məsələn mənim təmsil olunduğum Şirvan şəhərində, ictimai nəqliyyatda işləyən avtobusların 90%-i 1970-ci ildə Mersedes zavodunun istismardan çıxararaq irana satdığı, İranda isə istehsalı 1995-ci ildə dayandırılan Mersedes-207, 208,308 modelləridir. Yəni ən cavanı yaşı, əyər varsa 28-30 ildir.
Dünyada inkişaf səviyyəsindən asılı olaraq hər bir ölkə özü üçün utilizasiya ili müəyyən edir. Bəzi ölkələrdə hətta 4 il müəyyən olunub.Bəziləri12-13 il. Orta hesabla 15 il götürülür, yəni avtomobil parkının 6-7% qədər. Yük avtomobilləri üçün isə 7-10 % götürülür. Ölkəmizdə isə nəzərdə tutulan minik avtomobillərinin utilizasiyası, bu proqramın artıq çoxdan işlədiyi ölkələrdən fərqli olaraq könüllü olmasına baxmayaraq, təklif edirəm ki, Avtobuslar qanuna daxil edildikdən sonra onların utulizasiyası üçün isə vaxt qoyulmalıdır. Çünkü bu insan həyatıdır və təhlükəsizlik məsələsidir.
İltizam Yusifov,
Milli Məclisin deputatı