Xəbər verdiyimiz kimi, əməkdar jurnalist Eynulla Fətullayev sahibi olduğu Haqqin.az saytını Adəm İsmayılova satdığını təsdiqləyib və İstanbula köçdüyünü elan edib.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, Eynulla Fətullayev Haqqin.az MMC-də bütün payını neçəyə satdığını açıqlamayıb.
Bəzi iddialara görə isə sayt Adəm İsmayılov tərəfindən 2 milyon dollara alınıb və bəzi şərtlər də olub. E.Fətullayevin İstanbula köçməsi də təsadüf deyil.
Qeyd edək ki, Adəm İsmayılov ötən il sabiq deputat Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyasını da alıb. Adəm İsmayılov müxtəlif vaxtlarda medianın gündəminə düşüb və çox vaxt qalmaqallı məsələlərdə adı hallanıb.
İddialarla bağlı Vəhdət Partiyasına sorğu göndərilib.


























