Rusiya dövlət büdcəsində iqtisadi kəsir özünü göstərməyə başlayıb. Ukraynaya qarşı işğalçı hücum səbəbindən beynəlxalq embarqolar Rusiya iqtisadiyyatında ciddi çatlar yaranıb. Belə ki, əvvəllər Hindistana və Çinə baha daş kömür satan Rusiya bu gün Hindistana 70 faiz enidirimlə daş kömür təklif edir. Bundan başqa Rusiya OPEK ölkərinə ucuz neft təklif edir ki, bu da Rusiya neftinə dünyadan tələbatın azalmasından irəli gəlir. Hələlik nə Hindistan daş kömürlə bağlı, eyni zamanda OPEK ölkələrindən Rusiyaya cavab verilməyib.
İqtisadçı ekspert Eyyub Kərimli Vətəninfo.az-a bildirib ki,”Bu gün Hindistanla Rusiya arasında kömürlə bağlı ticarət dövrüyyəsi 50 faiz aşağı enib və bu ticarət dövrüyyəsindəki azalma Çinə də təsir edib.Bunun da səbəblərindən biri odur ki,yay aylarında Hindistan şirkətləri və sənaye subyektləri daha çox kömür əldə ediblər.”
“Onlar düşünürdülər ki,qışda kömürün qiyməti qalxacaq və daha çox gəlir əldə edəcəklər. Onlar bu səbəbdən də yay aylarında daha çox kömür əldə etməyə nail oldular. Hazırda Hindistan şirkətləri kifayət qədər daş kömür alıblar. Eyni zamanda Hindistanda daş kömürdən daha çox soyutma sistemlərində istifadə edildiyindən,hava şəraitinin dəyişməsi kömürdən istifadəni də azaldır. Bu amillər də Rusiya və Hindistan arasında kömürün dövrüyyəsinə və qiymətinə təsir göstərir.Lakin düşünürəm ki, getdikcə qiymətlər tənzimlənəcək. Rusiya kömrünün qiyməti dünyada daha da aşağı düşəcək və bu amil nəticəsində əsas gəlir qaynaqlarından biri olan kömürdən gələn pul azalacaq. Bir neçə il öncə Rusiya kömürünə tələbat daha çox Avropa ölkələrində idisə, artıq Avropa ölkələri Rusiya kömürünə maraq göstərmir. Bu həm embarqo ilə əlaqəlidirsə, digər tərəfdən Rusiya kömürünün baha olması əsas şərt idi. Məhz buna görə bu gün əsas alıcılar Hindistan və Çindir.Onu da qeyd etmək istəyirəm ki, Ukraynada kömür ixracatçılarından biridir. Amma Ukraynada müharibə şəraitinin özü də dünyada kömür ixracına mənfi təsirini göstərir. Lakin hesab edirəm ki,ümumilikdə kömürün qiymətində artma baş verəcək. Rusiya-Ukrayna müharibəsindən təsirlənən Avropa iqtisadiyyatı daha çox kömür ehtiyatları əldə etməyə vadar olacaq, onların bəzi sənaye istehsalı üçün kömür əldə etməyə məcburdurlar.” -deyə ekspert bildirib.
Ekspert hesab edir ki, Rusiya və Ukraynada təhcizatın aşağı düşməsindən sonra ümumilikdə dünyada kömürün qiymətində artım olacaq.
İqtisadçı ekspert hesab edir ki, dünya bazarında neftin qiymətinin dəyişməsinin müəyyən səbəbləri var: “Bildiyiniz kimi OPEK ölkələri qiymətləri bir az aşağı salmaqla bağlı razılığa gəliblər. Bu gün Rusiya öz neftini digər bazarlara çıxara bilməməsi səbəbindən onun neftinin qiyməti kəskin aşağı düşüb. Rusiya bu embarqolar səbəbindən öz neftinin çox hissəsini hətta yandırmağa məcbur qalır. Bu da sözsüz ki, bazarda qaçaqmalçılıq yolu ilə də olsa Rusiya neftini alıb,digər alıcılara vasitəçilik edib satan ölkələr,şirkətlər var. Onlar qaçaq yol ilə Rusiya neftini alıb bazarlara və digər Avropa ölkələrinə ötürürlər. Bunun özü də sözsüz ki, neftin qiymətinə mənfi təsir edir. Bildiyiniz kimi bu gün Azərbaycan neftinin dünya bazarında qiyməti iki dollardan çox aşağı düşüb. Lakin hesab edirəm ki,bu hələlik əhəmiyyətli bir dəyişiklik deyil. Qarşıdan soyuq qış mövsümü yaxınlaşdıqca neftin qiymətinə təlabat artacaqdır və bu dəyişiklik elə də əhəmiyyətli təsir göstərməyəcək”.
Eyyub Kərimli qeyd edib ki, neftin qiymətinə təsir edən amillərdən biri də, hazırda dünyada dolların ucuzlaşmasıdır: “Bilindiyi kimi FED uçot dərəcələrin artırıb. Hazırda infiliyasiya ilə , bahalaşma ilə bağlı mübarizə gedir və dünya iqtisadiyyatında bu hal yaşanır. Böyük infiliyasiya artımından sonra, iqtisadi qanunauyğunluğa əsasən infiliyasiya iqtisadi inkişafı sürətlə aşağı salır və iqtisadi fəlallıq azalır. Sözsüz ki.bu da həm dolların qiymətinə,dəyərinə təsir göstərir.Belə olduqda bu qeyd etdiklərim neftin də qiymətinin aşağı düşməsinə səbəb olur”.
Zərri
Vətəninfo.az