image-reklam-veteninfo
image-1backend

Baş məşqçi oyun zamanı huşunu itirərək dünyasını dəyişib

image-reklam-veteninfo

Serbiyanın “Radniçki” futbol klubunun baş məşqçisi Mladen Jizoviç oyun zamanı huşunu itirərək dünyasını dəyişib.

Vətəninfo.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin sabiq futbolçusu olan 44 yaşlı Mladen Jizoviç, oktyabrın 23-də “Radniçki” klubunun baş məşqçisi təyin edilmişdi. O, komandası ilə üç oyuna çıxmışdı.

Hadisə, Jizoviç-in rəhbərlik etdiyi komandanın “Mladost”la qarşılaşmasında baş verib. Oyunun 22-ci dəqiqəsində komandası 2:0 hesabı ilə irəlidə olarkən, baş məşqçi huşunu itirib.

Hakim dərhal oyunu dayandırıb və məşqçi təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin iyirmi dəqiqə sonra Jizoviç-in öldüyü elan edilib. Bu xəbər yayıldıqdan sonra hakim oyunu yekunlaşdırıb.

Yayımda oyunçuların məşqçisinin ölümünü öyrəndikləri an görüntülənib. Bəzi futbolçular göz yaşları ilə üzlərini örtüb, bəziləri isə diz çökərək bu faciəvi anı yaşayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki