Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Lyayen sosial media hesabında məlumat verib.
Avropa Komissiyasının prezidenti yazıb: “Ukrayna bu qışı təkbaşına qarşılamayacaq. Avropa İttifaqı sizin yanınızdadır. Biz Ukraynanın qarşıdakı ayları keçməsinə kömək etmək üçün sizə fövqəladə enerji dəstəyi verəcəyik. Eyni zamanda, Ukraynaya lazımi davamlı maliyyə dəstəyini təmin etmək üçün variantlar üzərində işləyirik”.
Bundan əlavə, Avropa Komissiyası sədrinin sözlərinə görə, sabah Ukraynanın Avropaya inteqrasiyada irəliləyişləri qiymətləndiriləcək:
“Sabah biz Ukraynanın son bir ildə Avropa yoluna sadiqliyini tanıyan genişlənmə paketini alacağıq. Avropa Komissiyasının mesajı aydındır: Ukrayna irəliləməyə hazırdır”, – deyə Avropa Komissiyasının sədri qeyd edib.


























