image-reklam-veteninfo
image-1backend

Kalininqrad III Dünya müharibəsinin səbəbi ola bilər – “AgoraVox”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Fransanın “AgoraVox” nəşri xəbərdarlıq edib ki, NATO tərəfindən Kalininqrad vilayətinin mümkün dəniz blokadası qlobal münaqişəyə – hətta üçüncü dünya müharibəsinə səbəb ola bilər.

Nəşrdə qeyd olunur ki, əgər NATO Kalininqradın Baltik dənizinə çıxışını bağlamağa cəhd etsə, bu, 1962-ci ilin oktyabrında yaşanan və “Kennedi–Xruşşov raket böhranı” kimi tarixə düşən hadisələrin təkrarı ilə nəticələnə bilər.

Məqalə müəlliflərinin fikrincə, Kalininqrad regionu Kuba raket böhranına bənzər şəkildə beynəlxalq gərginliklərin yeni alov nöqtəsinə çevrilmək riski daşıyır.

Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən kəskinləşməsi, eləcə də Vaşinqtonun Orta Mənzilli Nüvə Qüvvələrinə dair Müqavilədən çıxması fonunda nəşr vurğulayır ki, “üçüncü dünya müharibəsi ehtimalını tamamilə istisna etmək mümkün deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki