image-337544821_778793063468280_8129801842758157456_nbackend

Gürcü pəhlivanın Qaçaq Kərəm qarşısında təslim olması

image-reklam_sirab_01

Azərbaycan yazıçı Fərman Eyvazlı çox gözəl iki hissəli bir kitab yazıb. Azərbaycandan Gürcüstana, Rusiyaya, İrana, Türkiyəyə qədər adı sanı yayılan Qaçaq Kərəm haqqında olan bu kitabı müəllif bir çox arxivlərdə və şəxslərdən topladığı materiallar əsasında yazıb.

O zaman bütün Rusiya imperiyasında nəşr olunan “Narodnaya Volya” jurnalının 1895-ci ildə işıq üzü görmüş bir nömrəsində Qaçaq Kərəmdən “Dəhşətli Bir Tufan, Calı Tufan” deyə heyrətlə bəhs edilir. Qaçaq Kərəm əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. Gürcü və Azərbaycan dillərini mükəmməl bilən Qaçaq Kərəm 21 avqust 1896-cı ildə sarayda İran şahı Müzəffərəddin Mirzəyə qarşı terrorun qarşısını aldğına görə Rusiya imperatoru onun həyatını bağışlamış amma imperiya ərazisinə gəlişinə qadağa qoymuşdur.

İranda yaşamağa məcbur olan Qaçaq Kərəm Azərbaycan ilə daima əlaqə saxlamış, Stalinı Qaçaq Gülsüm (Süleyman) əli ilə həbsdən xilas etmiş, sonra isə 2 ay Stalini Təbrizə dəvət edib yanında saxlamışdır.
Qaçaq Kərəm Gürcüstanda çox məhşur idi. Gürcü dili bildiyi üçün tez tez bura gedirdi. “Droeba”, “İveriya” kimi nüfuzlu gürcü qəzetləri də öz oxucularını ardıcıl surətdə Qaçaq Kərəmin fəaliyyəti, harada və kimlərə qarşı vuruşması ilə tanış edirdi. “Droeba”qəzetinin xüsusilə 1885-ci ildə çapdan çıxan bir sıra saylarında Kərəmə geniş yer ayrılmışdı. Maksim Qorkinin oçerkində də qeyd olunduğu kimi, Tiflisdə, Axalsıx, Kutaisi, Siqnaxi, Qori, Duşeti qəzalarında Qaçaq Kərəm sevilirdi. Anton Purtseladze, Georgi Amilaxvari, Vasili Barnov, Georgi Tumanişvili gürcü dilindəki bədii və publisistik əsərlərində Qaçaq Kərəmdən çox yazıblar. Çox heyf ki, gürcü arxivləri bu sənədələrə girişi bağlayıb amma bəzi sənədləri əldə etmək olub. Mərhum Fərman Eyvazlının Qaçaq Kərəm əsərində onun gürcü pəhlivanı və idmançısı Qula Qladneli ilə görüşü barədə qısa məlumat verir.

Amma bu görüşün təsadüfən olduğunu yazır. Əslində isə yeni faktlar əksini deyir.

Gürcü idman növləri içərisində bizim milli güləşin oxşarı olan “Çidaoba” növü var. Bu idman növü xüsusilə 18-ci əsrdən daha çox populyar olmağa başlayır. Bunun inkişafında Azərbaycanda olan Güləş və Zorxana çox böyük təsir etdiyindən onlar Azərbaycana tez tez gəlir, burda görüşlər keçirirdi. 19-cu əsrin sonlarında isə gürcülər “Çidaoba”-nı daha “üstün” saymağa başlayırlar və nəticədə gürcü pəhlivanları özlərini yuxarıdan aparmağa başlayırlar. Bunlar içində xüsusilə Qula Qladneli (şəkildə sağdan dizi üstə duran) Azərbaycanlıları qəbul etmirdi. O həm idmançı həm də özünü gürcü millətçisi kimi aparırdı.

Gürcü mətbuatında tez tez Qaçaq Kərəm haqqında yazıların verilməsi, onun qəhrəman kimi tanınması, sərhədi keçib Gürcüstanda böyük hörmətlə qarşılanması onun xoşuna gəlmirdi. Eyni zamanda Qaçaq Kərəmin başına qoyulan pul bir tərəfdən də onu həvəsləndirirdi ki, onu tutub Rus qubernatorunun gözünə girsin. Bu məqsədlə silahlanıb Qazağa gəlir və Qaçaq Kərəmi axtarmğa başlayır. Lakin Qaçaq Kərəmin bir yerdə durmaması onun işini çətinləşdirirdi. Təsadüfən Kərəmin dalınca gedən Qula bir çox insanla bərabər Kərəmin dəstəsinin əlinə keçir. Üstü başı silahla dolu olan Qula barədə Kərəm də eşitmiş idi, çünki ona çatdırmış idilər ki, bir gürcü pəhlivanı onu axtarır. Təsadüfən alınan bu görüş zamanı Qaçaq Kərəm onu yanına çağrır və silahları yerə qoyub burda nə gəzir sualını verir. Fərman müəllimin kitabında Qulanın pəhlivanlıq göstərişindən gəldiyini Qaçaq Kərəmə dediyi yazılır. Qaçaq Kərəmə doğurdan da belə deyir, amma o buna inanmır.

image-22

Kərəm Qulaya silahları yerə qoyub əlbəyaxa döyüşə dəvət etsə də, pəhlivan Qaçağın qarşısında təslim olur. Silahları təhvil verib kənara çəkiləndə Qaçaq Kərəm ona deyir “Ah pəhlivan, pəhlivan”
Qula bu barədə danışmasa da orda olan gürcü yazıçısı və jurnalisti İlya Xoneli öz əsərində bu barədə geniş yazı verir. Bu yazıdan sonra Qula bir daha millətçi kimi çıxış etmir və sadəcə idmanla məşğul olur.

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki