image-3backend

Hökməlidə 60 yaşlı qadın dəm qazından zəhərlənib

image-reklam_sirab_01

Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.

Vətəninfo.az-ın məlumatına görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Səfərova Xuraman Dəyanət qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona dəm qazından kəskin zəhərlənmə diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki