image-2222backend

İran Azərbaycanda yeni qanunsuz təşkilat yaratmağa hazırlaşır – FOTO/VİDEO

image-reklam_sirab_01
İranın molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, intriqa və təxribatlar hazırlamaqda davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, molla rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa hazırlaşır. Molla rejiminə xidmət edən və SEPAH-ın nəzarətində olan bəzi “Telegram” kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir.

Onlar “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın yeni mərkəzinin açılışına hazırlaşırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki