image-2backend

İranlı sürücü Şəmkirdə piyadanı vuraraq öldürüb

image-reklam_sirab_01

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Vətəninfo.az əldə etdiyi məlumata görə, hadisə dekabrın 19-u saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 400-cü hissəsində qeydə alınıb.

Belə ki, İran vətəndaşı Sorkhşaban Jabar Abolfazl oğlu idarə etdiyi “Volvo” markalı yük maşını ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Məmmədov Sənan Fikrət oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki