image-thumbbackend

Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbənin qazanılmasına misilsiz töhfələr verib”

image-reklam_sirab_01

“İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 77 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Xalqımız faşizm üzərində qələbə üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində ləyaqətlə vuruşublar, böyük qəhrəmanlıqlara imza atıblar. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 123 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.” Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, faşist Almaniyasının SSRİ-yə hücumu və bu ölkənin İkinci Dünya müharibəsinə cəlb edilməsi ilə Azərbaycanın yüzlərlə igid övladı da ölümsüzlüyə qovuşaraq adlarını tarixə yazdırdılar: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun və başqa həmvətənlərimizin adları postsovet məkanında yaxşı məlumdur. Brandenburq darvazası üzərində qələbə bayrağını polkovnik Rəşid Məcidov və döyüşçüləri dalğalandırmışlar. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişlər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşlar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişlər. “Armed Mişel” (Xarqo) adı ilə tanınan unudulmaz partizan Əhmədiyyə Cəbrayılo

v müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeninə və şəxsi igidliyinə görə paradda generaldan qabaqda getmək hüququ verən hərbi medalla təltif olunmuşdu. Azərbaycanın digər igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. O, 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuş, 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.”

Kamaləddin Qafarov bildirib ki, xalqımız arxa cəbhədə də misilsiz hünər göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb: “Ümummilli lider Heydər Əliyev İkinci Dünya müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı nitqində demişdi: “Bu qələbədə xalqımızın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycanın nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi… O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.

K.Qafarov bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi.

Ulu öndər Heydər Əliyev tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğını 2003-cü ildən bəri Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. İkinci Dünya müharibəsində ön və arxa cəbhədə rəşadət göstərmiş şəxslərə və onların ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi Azərbaycanda bir ənənəyə çevrilmişdir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki