“Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən hadisələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi regional sülhün bərqərar olmasında maraqlı deyil. Hələ də işğalçı siyasətindən əl çəkmək istəməyən Ermənistan Azərbaycanla sərhəd boyunca geniş miqyaslı hərbi təxribatlar törətməklə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamış Rusiyanın, eləcə də Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasında maraqlı olan Avropa İttifaqının vasitəçilik missiyalarını da hər vasitə ilə əngəlləməyə çalışır”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, belə görünür ki, Ermənistan istər44 günlük Vətən müharibəsindən, istərsə də bu il avqustun əvvəlində Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatındanhələ nəticə çıxarmayıb. Erməni silahlı birləşmələri sentyabrın 13-də əldə olunan atəşkəs razılaşmasınıpozaraq yenə də təxribatlarını, çirkin əməllərini davam etdiriblər.
K.Qafarov bildirib ki, Ermənistan əldə edilmiş razılaşmaların şərtlərini kobud şəkildə pozmaqla bütün Cənubi Qafqazda destabilliyin yaradılmasına çalışır:
“Ermənistanın növbəti hərbi təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycanın keçirdiyi cavab tədbirləri zamanı ordumuzun hərbçiləri arasında şəhidlik zirvəsinə ucalanlar var. Vətən uğrunda döyüşlərdə şəhid olmuş bütün döyüşçülərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, qazilərimizə tezliklə sağalmağı arzulayıram.Əlbəttə ki, bizim heç bir şəhidimizin qanı yerdə qalmayıb, düşmən layiqincə cəzalandırılıb. Lakin bütün bu hadisələr Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə ciddi əngəl törədir.Əslində, Ermənistan 13 sentyabr təxribatına qədər də normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradırdı. Ermənistan Azərbaycanla sərhəd ərazilərdə təxribatlar törətməklə ölkəmizin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və yenidənqurma işlərini və bu ərazilərə keçmiş məcburi köçkün ailələrinin geri qaytarılması prosesini əngəlləməyə çalışır. Bütün bunlarbirmənalı olaraq təsdiq edir ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.
Millət vəkili qeyd edib ki, yaranmış vəziyyətdə Azərbaycan cəmiyyəti, ilk növbədə, hər zaman olduğu kimi, ən yüksək səviyyədə milli və siyasi birlik nümayiş etdirməlidir: ” Çox təəssüf ki, bu ağır, məsuliyyətli və taleyüklü günlərdə bəzi radikal müxalif qüvvələr, məlum siyasi partiya nümayəndələri az qala rəsmi Yerevan və onun məlum havadarlarının mövqeyi ilə üst-üstə düşən bəyanatlar, çıxışlar və çağırışlar səsləndirir və bu çirkin əməllər haqlı olaraq xalqımız tərəfindən hiddət və qəzəblə qarşılanır. İqtidar -xalq birliyinə, ölkənin çətin imtahan dövründə mili konsolidasiyasına mane olmağa çalışan, insanları çaşdırmaq yolunu tutan bu namərd cəhdlər müqəddəs məqsədlər uğrunda düşmənə qarşı aparılan total mübarizəmizə qətiyyən kölgə sala bilməz. Ölkəmizin daxilindən və xaricdən siyasi tədavülə buraxılan bu miskin xəyanət cəhdləri xalqımız tərəfindən qətiyyətlə pislənilir, Vətənin ağır günündə kimlərin bu ölkənin mərd, ləyaqətli vətəndaşıları, kimlərin isə Azərbaycanın çətin sınaq günlərində düşmən dəyirmanına su tökən yaramaz və xain varlıq olduqlarını növbəti dəfə xalqa tanıdır”.
K.Qafarov demişdir: “Azərbaycan xalqı bu günlər sarsılmaz milli və siyasi birlik nümayiş etdirməlidir. Unutmaq olmaz ki, bu gün Azərbaycanın apardığı mübarizə yalnız hərbi təxribatlara qarşı, döyüş meydanında deyil, həm də milli və siyasi-diplomatik müstəvidə davam edir. Məhz buna görə də bu gün hər bir azərbaycanlı milli birliyimizin daha da gücləndirilməsi üçün əlindən gələni etməlidir. Sözsüz ki, bu istiqamətdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların üzərinə xüsusilə böyük məsuliyyət düşür. Kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər birimiz dövlət başçımızın ətrafında daha sıx birləşərək, bu sınaqdan da qalib çıxmaq üçün Ali Baş Komandanın bütün çağırışlarına daim hazır olduğumuzu nümayiş etdirməliyik. Bütün siyasi partiyalar və ictimai təşkilatlar da Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməli, erməni təxribatlarının mahiyyətini bütün dünyaya olduğu kimi çatdırmaq üçün bütün vasitələrdən istifadə etməlidirlər”.