image-44backend

Kəmaləddin Heydərov generala yüksək vəzifə verib

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub.

Vətəninfo.az-ın xəbərinə görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, ilk xəbəri qaynarinfo.az saytı yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki