image-34backend

Kürdəmir sakini su kanalında boğulub

image-reklam_sirab_01

Kürdəmir sakini su kanalında boğularaq ölüb.

Vətəninfo.az xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb.

Belə ki, 56 yaşlı rayon sakini Kərimov Namət İlqar oğlu ehtiyatsızlıq edərək kənd ərazisindən keçən su kanalına düşüb. Köməksiz vəziyyətdə qalan Namət Kərimov kanalda boğularaq ölüb.

Fövqaladə Hallar Nazirliyinin Qəza Xilasetmə dəstəsinin əməkdaşları Onun meyidini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə gecə saatlarında baş verib və Namət Kərimovun spirtli içki qəbul etdiyi və suya düşərkən sərxoş halda olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki