Millət vəkili Cavanşir Feyziyev 60 illik yubileyi ərəfəsində ölkə başçısı İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Millət vəkili sosial şəbəkə hesabından ölkə başçısına təçəkkür edib. Millət vəkilinin həmin təşəkkürünü diqqətinizə çatdırırıq.
“Əziz dostlar,
Cənab Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmağımla bağlı təbriklərinizə və ifadə etdiyiniz xoş sözlərə görə hamınıza təşəkkür edir və sizlərə ən xoş arzularımı çatdırıram.
Heydər Əliyev siyasi kursunun layiqli və dönməz davamçısı, dünyanın istənilən bölgəsində yaşayan hər bir Azərbaycanlının Prezidenti, Qarabağın Fatehi, Müzəffər Ali Baş Komandan tərəfindən belə bir diqqətə layiq görülmək böyük şərəfdir. Göstərdiyi böyük etimadla mənə, ailə üzvlərimə, bütün dostlarıma və həmkarlarıma qürur hissi yaşadan Cənab Prezidentimizə ən xoş arzularımı bildirir, ona möhkəm can sağlığı və Vətənimizin çiçəklənməsi naminə göstərdiyi bütün fəaliyyətlərində davamlı uğurlar arzulayıram.
Bu təltifi Möhtərəm Prezidentimizin bütövlükdə Milli Məclisin fəaliyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirir və dövlət başçımıza sonsuz minnətdarlığımı və dərin ehtiramımı bildirirəm. Tanrı Azərbaycanımızı qorusun!”
Cavanşir Feyziyev
Millət vəkili