image-photo-2022-05-10-00-05-58backend

Milli dövlətçilik ənənələrimiz layiqincə davam etdirilir

image-reklam_sirab_01

Xalqımız hər zaman milli dəyərlərə sadiqliq göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirməyə çalışıb. Tarix boyu ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması ən vacib məsələlərdən olub və öz aktualığını qoruyub. Hal-hazırda da bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyükdür. Eyni zamanda da milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rola sahibdir. Bu bir danılmaz faktdır ki, İslam dini bizim milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir.Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biri kimi tanınır. Azərbaycan ərazisində yaranmış ilk dövlət Mannadır. Üç yüz ilə yaxın bir müddət ərzində mövcud olmuş bu dövlət süqut etdikdən sonra Azərbaycan ərazisində yeni dövlətlər yaranmağa başladı.
Strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən, zəngin təbii sərvətlərə, əlverişli təbii-coğrafi şəraitə malik olan Azərbaycan torpaqları daim yadelli işğalçıların basqınlarına məruz qalmışdır. Lakin bir-birini əvəz edən bu yürüşlər bizim dövlətçilik ənənəmizə mane ola bilməmiş, torpaqlarımızda yaranmış dövlətlər iqtisadi, siyasi və mədəni yüksəlişə nail olmağı bacarmışlar.Müstəqillik əldə olunduqdan sonra ölkəmiz 1995-ci il 12 noyabr tarixində Azərbayan Respublikasının Konstitusiyasını qəbul etdi.
Konstitusiya xalqın mənafeyini özündə əksetdirən dövlətin ali qanunudur.
Azərbaycan Respublikası bu gün dünya siyasətində uğurlu və mühüm siyasi addımlar atır və atmağa da davam edir. Ulu öndər Heydər Əliyevin o dövrdə həyata keçirdiyi uzaqgörən siyasəti bu gün ölkəmizin inkişafına böyük imkanlar açmış , fürsətlər yaratmış və bu siyasətin davamçısı İlham Əliyev dövlətçilik uğrunda bir sıra islahatlar həyata keçirməyə davam edir. Xarici və daxili siyasətdə nailiyyətlər qazanan ölkə başçımız böyük səylə zəbt olunmuş torpaqlarımızı erməni təcavüzündən xilas etməyi bacardı. Bu da ölkə başçımızın səylərinin hədər getmədiyini bir daha sübut etdi.
Ulu öndər Heydər Əliyevin başladığı yolu layiqincə davam etdirən prezidentimiz bütün imkanlardan istifadə edərək yorulmaq bilmədən çalışır və bu istiqamətdə uğurlu addımlar atır.
Heydər Əliyev həm də Azərbaycan elminin böyük banisi kimi də tanınır . Elmə, təhsilə, alimlərə, ziyalılara həmişə yüksək qiymət dəyər və qiymət verən Heydər Əliyevin sayəsində Elmlər Akademiyası dünyada şöhrət qazandı, özünün kadrlarının gücünü, potensialını, təmin etdi. İndi hamı təsdiq edir ki, Heydər Əliyev rəhbər vəzifədə olmadığı illər ərzində akademiyanın məhv olmaq kimi təhlükə ilə üz-üzə idi. Ümummilli lider 1993-cü ildən xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan elmi yenidən dirçəlməyə başladı .Bununla dövlətçilik ənənələrini sistemli bir şəkildə davam etdirməyə çalışırdı. Görkəmli dövlət xadimi kimi yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimayətə çatdırdı.Bunu onu dəlalət edirdi ki, Heydər Əliyev Azərbaycan elminə, intellektinə böyük hörmətinin təsdiqi idi. Digər tərəfdən respublika ziyalıları Heydər Əliyev şəxsiyyətinə sonsuz inanır və yüksək etimad göstərirdilər.Heydər Əliyev Azərbaycanın, dövlətimizin tarixində,yaddaşında daima qalacaq və həmişə anılacaq bir şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada hörmətlə,ehtiramla qarşılanır, yüksək qiymətləndirilir. XX əsr dövlət xadimləri içərisində bu şəxsiyyət özünəməxsus yerə və nüfuza sahibdir. Belə şəxsiyyətlər dünyaya çox az gəlir.Belə bir şəxsiyyətin dövlətçilik, idarəçilik irsinin öyrənilməsi bu gün çox vacib amildir. Dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi üçün görülən tədbirlər sırasında dövlət idarəetmə sahəsi üçün mütəxəssislər hazırlanır. İşlərin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin yaxşı bir şəkildə artırılması, dövlət idarəçiliyi istiqamətində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təşkilinin möhkəmləndirilməsi akademiyanın qarşısında duran başlıca vəzifələrdən biridir.. Ümummilli lider milli-mənəvi dəyərlərə sadiqliyini hər zaman qoruyub saxlamağı bacaran, dövlət idarəçiliyində bu meyarlara mühüm önəm verən bir insan olmuşdur.
Hal-hazırda da bütün bu işlər İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Onun başçılığı ilə görülən tədbirlər öz bəhrəsini verməkdədir.

Mamedova Fəridə – Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki