image-de3838f9-ce06-4495-b2b7-020e08b6d77fbackend

COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq

image-reklam_sirab_01

Aprelin 23-də ADA Universitetində “COP29 Azərbaycan üçün Yaşıl Baxışmövzusundabeynəlxalq forum keçirildi. Hər bir beynəlxalqtədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyiməkan baxımından xüsusi diqqət çəkir.  Bu günAzərbaycana beynəlxalq baxışın hansı səviyyədəolduğu reallıqlarımızdan daha aydın görünür. Ölkəmiz beynəlxalq münasibətlər sistemindəmövqeyini daha da möhkəmləndirir. Təbii ki, buuğura əsas verən amil ölkələr arasında əlaqələrininkişafında mühüm faktor olan etimad mühitininqorunması inkişaf etdirilməsidir. Dövlət başçısıİlham Əliyev sözügedən forumdakı çıxışındaölkəmizin uğurlarının səbəblərindən danışarkənbu məqamları xüsusi qeyd etdi. Bildirdi ki, biz heçvaxt Azərbaycan üçün potensial təhlükə yaradabiləcək heç bir işə qoşulmamışıq. Hər zaman İran, Rusiya, Gürcüstan Avropa, həmçinin Türkiyədəqardaşlarımız ilə münasibətlərimizdə ədalətliolmuşuq. Uğurumuzun səbəbi bundadır. Əsasçıxış yolu üsul ədalətli səmimi olmaqdır. Qonşularla yaxşı bəzi hallarda əlamünasibətlər qura bilmişik: “Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlarbizə etimadla yanaşa bilərlər bilirlər ki, bizimtərəfdən sürprizlər olmayacaq.

Dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyiəsas məsələlərdən biri regional təhlükəsizliyintəmin edilməsi oldu. Ölkə Prezidentinin hər bir çıxışında Azərbaycanın  tarixi Zəfərimizdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinə xüsusi diqqət yönəldilir. Azərbaycan regionda dayanıqlısülhün təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifəninaçılması üçün bu addımı atdı reallığaçevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri  yüksək səviyyədə yerinə yetirir. Cənab İlhamƏliyev hazırkı dövrdə sülh müqaviləsininimzalanmasına  yaxın olduğumuzu  əsaslı şəkildədiqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, bizişğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belərazılığa gələ bilmirdik. İndi sülh sazişinin necəolması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, həriki tərəfə vaxt lazımdır. Dövlət başçısı növbətizəfərimiz olan Qazaxın dörd kəndinin geriqaytarılmasına da diqqəti yönəldərək vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dördkənd məsələsini qaldırdıq. Əslində,  həminkəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, dahamürəkkəbdir. Həmin eksklavlar digər ölkəninəhatəsində olan ərazidə yerləşir. Ona görə onlardelimitasiya prosesində həll olunmalıdır.

Forumun mövzusundan da göründüyü kimiyaşıl enerji keçidi prioritet məsələmizdir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi  belə bir reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. Yaşıl dünyanaminə həmrəylik iliAzərbaycanın iqlimdəyişikliyinə qarşı qlobal mübarizədə töhfələriniartırmaq məqsədi daşıyırDövlət başçısı İlhamƏliyev forumdakı çıxışındaBiz iqtisadiyyatımızışaxələndiririksöyləyərək onu da əlavə etdi ki, hazırda neft qaz ümumi daxili məhsulumuzunyarıdan az hissəsini təşkil edir. Lakin ixracımızıntəxminən 95 faizi neft qazla bağlıdır. Hazırdaəsas məqsədlərimizdən biri ixracımızışaxələndirməkdir. Dayanıqlı inkişaf enerjiamillərinə gəldikdə isə, bildirildi ki, iqtisadigöstəricilərimiz sosial proqramlarımız bunuaydın şəkildə göstərir. Neft qaz gəlirləri işsizlik yoxsulluq məsələlərinin həlli üçün istifadəedilib. Onlar bərabər şəkildə bölüşdürülür. Enerjiəməkdaşlığımızı ilk gəlirlərimizi aldığımızzaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlararasında isə bu göstərici 75 faizdən çox idi.  İndiisə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə aiddir.

Sosial-iqtisadi inkişafımızın yüksəkgöstəricilərlə ifadə edilməsi ölkəmiziniqtisadiyyatını düzgün əsaslar üzərindəqurduğunu təsdiqləyir. Azərbaycan neft və qazla zəngin ölkə olmasına baxmayaraq yaşıl enerjiyə keçidi prioritet məsələ kimi öndə saxlayır. COP29 bir daha Azərbaycanın bu sahədə imkanlarınıdünyaya təqdim edəcək. Cənab İlham Əliyevbildirdi ki, COP29-sədrliyimizə  nəinki özümüzünümayiş etdirmək, həm ölkəni təqdim etməkfürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz bunahəm ən təxirəsalınmaz məsələlərin həllinəqlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. O da qeyd edildi ki, COP29 üç Cənubi Qafqaz ölkəsiarasında ən azı məsləhətləşmələri aparmaq üçünfürsət yaradacaq gələcək əməkdaşlıq üçün yolaçacaq. Hazırda unikal şans yaranıb. Biz bundanməhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülhşəraitində öz müstəqil həyatına başlamış Baltikdövlətlərindən fərqli olaraq, bizim bölgədəmüharibələr gedirdi. İndi həmin səhifəni çevirməkşansı yaranıb. COP29 əla fürsətdir.

Azərbaycanın mütəmadi olaraq beynəlxalqəhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi üçüngeniş imkanlar yaranır. Buna əsas verən ölkəmizin daim irəli baxması, hər bir yeniliyə, təkmilləşməyə maraq göstərməsidir. Cənab İlhamƏliyev forumdakı çıxışında gənc nəslin təhsilinə xüsusi diqqət göstərərək bildirdi ki, bu, biziməsas prioritetlərimizdən biridir. Gənc nəslin aparıcıbeynəlxalq universitetlərdə təhsili üçün xüsusiprezident proqramı var. Dövlət başçısının hər birsahəyə xüsusi diqqət göstərməsi ölkəmizinhərtərəfli inkişafının prioritetliyini, eyni zamanda, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçünimkanların mövcudluğunu təsdiqləyir. Hər birbeynəlxalq tədbir yeni əməkdaşlıq əlaqələrininqurulmasında əhəmiyyətli rol oynayır. Forumiştirakçılarının da təsdiqlədiyi kimi, COP29 iqlimdəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçündaha səmərəli olacaq.

image-1

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki