Azərbaycan Respublikası Milli Məclisi Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.
Vətəninfo.az xəbər verir ki, müraciəti deputat Nurlan Həsənov səsləndirib.
Müraciətdə deyilir:
“Azərbaycan xalqı dünyanın böyük millətləri ilə bir sırada dayanır. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Odur ki, Asiyada, Avropada, Amerikada və digər yerlərdə məskən salmış vətəndaşlarımız yurdlarında baş. verənləri diqqətlə izləyir və fəxr edirlər. Qəhrəman silahlı qüvvələrimizin bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyinin bərpa edilməsi hər bir azərbaycanlını sevindirir. Azərbaycan respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycanın bütün potensialının ortaya çıxararaq dünyaya tanıdılması istiqamətində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkəyə inteqrasiya etməklə yanaşı bir-birinə dəstək olmaqdır. Əziz azərbaycanlılar, Sizi birliyə çağırırıq”.
Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.