image-media-6-lui14mt28c7gzs5feqkwbackend

Milli Məclis üzvləri Qazax rayonuna səfər ediblər

image-reklam_sirab_01

Aprelin 12-13 tarixlərində Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə MM üzvlərindən ibarət nümayəndə heyəti Qazax rayonuna səfər ediblər.

Vətəninfo.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində millət vəkilləri Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Nigar Arpadarai, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Asim Mollazadə, Nəsib Məhəməliyev, eləcə də Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix və Litva Respublikasının ölkəmizdəki Səlahiyyətli səfiri Eqidius Navikas yer alıblar.

Qazax Rayonu İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov qonaqları qarşılayıb və rayonda aparılmış abadlıq -quruculuq işləri haqqında geniş məlumat verib.

Səfərin 1-ci günü deputatlar və səfirlər Qazax şəhərinin bir neçə görməli yerləri ilə tanış olublar. Qonaqlar ADA Universitetinin rektoru, Professor Hafiz Paşayevin təşəbbüsü ilə bərpa edilmiş Qori Müəllimlər Seminariyasının tarixi binasında, Qazax Tarix-diyarşünaslıq muzeyində və Ədəbiyyat muzeyində olublar, daha sonra deputatlar və səfirlər Qazax rayonunun mərkəzində geniş park ərazisində inşa edilmiş Şəhidlər Xiyabanını ziyarət ediblər. Deputatlar həmçinin 11 aprel hadisələri zamanı şəhid olmuş Ağstafa rayonundan olan hərbçimiz gizir Elşad Həsənovun yas mərasimində iştirak edib, şəhidimizn ailə üzvlərinə başsağlığı veriblər.

image-media-7-fw70cr8bgp3usethyi6vimage-media-6-lui14mt28c7gzs5feqkwimage-media-3-sctap46kvye5xwmu79q0image-media-1-vepazt75chl3w29ybk64

Səfərin 2-ci günü Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanıb. Ümummili liderin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Qazax Gənclər Evində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda rayon ictimaiyyəti ilə görüş keçirilib. Tədbirdə Qazax rayonu İcra Hakimiyyətin Başçısı Rəcəb Babaşov, MM Beynəlxalq Münasibələr Komitəsinin sədri Səməd Seyidov, deputatlar Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev, Sabir Hacıyev, Qazax rayon YAP Komitəsinin sədri və Litva Respublikasının Azərbaycandakı səfiri Eqidiua Navikas və Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Petr Zix çıxışlar edib və Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa edilməsində və qorunub saxlanmasındakı rolundan danışıblar. Daha sonra Qazax ictimaiyyətinin nümayəndələri ilə Milli Məclisin üzvləri arasında sual-cavab dialoqu baş tutub.

Milli Məclis üzvlərinin Qazax rayonuna səfəri bu gün başa çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki