image-4ec7d36b-d77c-44a2-93ad-3300d757a64abackend

Milli Məclisin deputatları Səttar Möhbalıyevə başsağlığı veriblər

image-reklam_sirab_01

Sentyabrın 12-də Ermənistan hərbçiləri Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Veteninfo.az xəbər verir ki, nəticədə Azərbaycan Ordusu itkiləri verib.

Şəhidlərimizdən biri Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalı Milli Məclisinin deputatı Səttar Möhbalıyevin qohumudur.

Qeyd edək ki, F.Möhbalı deputatın əmisi nəvəsidir.

1994-cü il təvəllüdlü F. Möhbalıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini olub.

Milli Məclisin deputatları – Elnur Allahverdiyev, parlamentin sədr müavini Adil Əliyev və Məşhur Məmmədov həmkarları Səttar Möhbalıyevə başsağlığı veriblər.

Elnur Allahverdiyev: “Şəhidimiz var. Həmkarımız, Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin yaxın qohumu Fərid Kəmaləddin oğlu Möhbalı şəhadətə qovuşub. Allah rəhmət etsin! Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalının şəhid olması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevə dərin hüznlə başsağlığı verir, şəhidin ailəsinə və yaxınlarına səbr diləyirəm. Şəhidlər ölməz, Vətən bölünməz. Vətən sağ olsun!”

Məşhur Məmmədov: “Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalının şəhid olması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevə dərin hüznlə başsağlığı verir, şəhidin ailəsinə və yaxınlarına səbr diləyirik. Vətən sağ olsun!”

Adil Əliyev: “Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalının şəhid olması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevə dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizin ailələrinə və yaxınlarına səbr diləyirəm. Vətənimizi qoruyarkən düşmən gülləsinə tuş gəlmiş qəhrəmanlarımıza Allah rəhmət etsin, müqəddəs ruhları hər zaman qəlbimizdə yaşayacaqdır! Vətən sağ olsun!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki