Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
Veteninfo.az-ın xəbərinə görə, parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək.
İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:
– “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
– “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).
– Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
– Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).