Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən ona ünvanlanmış məktuba cavab verib.
Milli Məclisin sədri cavab məktubunda bildirib ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı yüksək səviyyəli münasibətlər və bu münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri fonunda hakimiyyətin qanunverici qolları arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Milli Məclisi həmişə Avropa Parlamenti ilə qarşılıqlı fəaliyyətin dərinləşməsinə hazır olduğunu nümayiş etdirib. Sahibə Qafarova məktubda Avropa Parlamenti sədrinin təmsil etdiyiqurumun Milli Məclislə qarşılıqlı hörmət ruhunda yaxşı münasibətlər qurmağa davam etmək öhdəliyinədairsözlərinimüsbətqiymətləndirib.
Bununlabelə, Azərbaycanparlamentininsədriqeyd edib ki, beynəlxalq əməkdaşlıq mexanizmlərində də təmsil olunan parlament üzvlərimizin öz səlahiyyətlərinə daxil olan məsələlər barədə fikirlərini sərbəst ifadə etmək hüququ var. Parlamentimizdə senzura qəbuledilməzdir.
Cavab məktubundadeyilir ki, Milli MəclisinAvropaİttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsindəki (PƏK) nümayəndələriavropalıtərəfmüqabilləriilədialoqundaha da genişləndirilməsi niyyətinə əsaslanaraq,öz həmkarları ilə fəal ünsiyyətdə olmuş və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş yeni təşəbbüslər üzərində çalışmışlar. Biz Avropa Parlamenti tərəfindən də eyni səviyyədə münasibət görmək istərdik. Qərəzli bəyanatlarda və qətnamələrdə ifadə olunan yalan, qərəzli və birtərəfli ittihamlar konstruktiv tənqid kimi qəbul edilə bilməz və yuxarıda ifadə olunan məqsədlərə xidmət etmir.Həmçinin, PƏK Milli Məclislə Avropa Parlamenti arasında birgə səylər vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsinə kömək edən platforma olmalıdır.
Parlamentin sədri iki qurum arasındakı əməkdaşlığınqarşılıqlı etimad və anlaşma əsasında güclənəcəyinəümidvar olduğunu bildirib.