“Xeyriyyəçilik fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində iş gedir”.
Bunu Veteninfo.az-a Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Onun sözlərinə görə, sosial sahibkarlıq bizneslə xeyriyyəçiliyin kəsişməsində olmaqla cəmiyyətin mühüm sosial və mədəni problemlərini həll edir, həmçinin sosial cəhətdən həssas vətəndaş kateqoriyalarının uyğunlaşmasına şərait yaradır: “Yeri gəlmişkən, “Xeyriyyəçilik fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində də iş gedir və gələcəkdə qəbulu planlaşdırılır”.