image-45backend

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb

image-reklam_sirab_01

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax və Ələt-Astara yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar.

DİN-dən “Report”a verilən məlumata görə, Ələt-Astara yolundakı postda Biləsuvar rayon sakini Rəhman Əliyevin idarə etdiyi “VAZ-2106”, Bakı-Quba yolundakı postlarda Bakı şəhər sakinləri İlham Səfərovun idarə etdiyi “Toyota” və Kamran Əbilovun idarə etdiyi “Toyota”, Bakı-Qazax yolundakı postlarda isə Cəbrayıl rayon sakini Röyal Oruclunun idarə etdiyi “Kia”, Şirvan şəhər sakini Fuad Abbaslının idarə etdiyi “VAZ-2106”, Bərdə rayon sakini Misir Cəfərovun idarə etdiyi “Renault”, Mingəçevir şəhər sakini İlham Hidayətovun idarə etdiyi “Mercedes”, Göyçay rayon sakini Şirxan Rəhimovun idarə etdiyi “Daewoo” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2, 333.4 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

R.Əliyev 400 manat məbləğində cərimələnib, Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Səfərov 1 il, K.Əbilov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, Kürdəmir rayon məhkəməsinin qərarı ilə R.Oruclu 5 gün müddətinə inzibati həbs edilib, Qaradağ rayon məhkəməsinin qərarları ilə F.Abbaslı 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, İ.Hidayətov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə, Ş.Rəhimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, M.Cəfərov isə 10 gün müddətinə inzibati həbs ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki