Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib.
Vətəninfo.az xəbər verir ki, nazir bununla bağlı Milli Məclisin plenar iclasında deputatların suallarını cavablandırarkən danışıb.
“Riskləri nəzərə alaraq neftin qiymətinin dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilməsi təklif edildi. 2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ayı üzrə daxil olacaq vəsaiti nəzərə alaraq, neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”, – deyə nazir çıxışında bildirib.