Talibanın sözçüsü Zəbihullah Mücahid bildirib ki, Pakistan qüvvələri Əfqanıstanın Kunar, Xost və Paktika əyalətlərində hava hücumları həyata keçirib və nəticədə 13 mülki şəxs həlak olub.
Vətəninfo.az xəbər verir ki, o, X sosial şəbəkəsində yazıb: “Dünən gecə Pakistan hərbçiləri növbəti dəfə Əfqanıstanın hava məkanını pozaraq Kunar, Xost və Paktika əyalətlərində yaşayış binalarını bombalayıblar. Bu hücumlar nəticəsində 11 uşaq, 1 qadın və 1 yaşlı kişi həlak olub, daha 14 qadın və uşaq yaralanıb”.


























