image-vuqar-bayramovbackend

Partiayalar ƏDV-dən azad olunsun-MÜSTƏQİL DEPUTATDAN PARTİYALARA JEST

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, bu gün Milli Məclisin keçrilən növbəti  plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı müstəqil deputatlardan Vüqar Bayramov çıxış edərək qanun layihəsinə təkliflərini açıqlayıb.

Vüqar Bayramov bildirdi ki, bu sənədin qəbulu islahatların inkluzivliyini genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək: “Plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir”.

V.Bayramov qanun layihəsinin təkmilləşdirilməsi üçün bir sıra təkliflər ilə çıxış etdi. Deputat partiayaların sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını təklif etdi. Eyni zamanda seçkilərdə eitbarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürələcək vəsaitin artırılması təklifini irəli sürdü.

Deputat bildirdi ki, 2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər: “Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki