image-8backend

Polis Şabranda qanunsuz ov edən şəxsləri yaxalayıb

image-reklam_sirab_01

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində, üzərlərində qanunsuz daşıdıqları silahla ov edərkən yaxalanıblar.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki