Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 may 2022-ci ildə yeni bir bəyanat imzalamışdır. İzmalanan bəyanatda Prezident İlham Əliyev “Litva ilə Azərbaycanın uzun illərdən bəri tərəfdaş olmaları, Azərbaycanı Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istədiyini, Cənubi Qafqaz üçün sülh, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtı olduğunu, təklif edilən 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğun olmasını bildirmişdir. Bununla yanaşı sərhədlərin artıq delimitasiyasının artıq başlandığını bildirmiş, Ermənistanın məsuliyyətsiz mövqeyinin narahatlıq doğurduğunu, BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan Azərbaycanın tam yararlanmasını haqqında fikirlərini dilə gətirmişdir. O, hətta qeyd etmişdir ki, indi Azərbaycan ərazilərinin qurulması və canlandırılması məsələsi ilə üz- üzədir və Azərbaycan üçün Avropa ittifaqı əsas ticarət tərəfdaşıdır” kimi məsələrə aydınlıq gətirmişdir.
İki ölkə olan –Litva və Azərbaycam arasında uzun illərdən bəri imzalanan Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini tam əks etdirir və hər iki ölkə üçün bu tərəfdaşlıq ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün artıq yetərincə imkanlar var lakin, təəssüflər olsun ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üç tərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına addım atmır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi olaraq Azərbaycan tərəfindən irəli sürülən 5 əsas prinsipi qəbul etmiş və İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh bağlamasını, sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Həmin prinsipləri Ermənistanın qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sazişin imzalanması üçün başlıca əsas yaratmışdır. Sərhədlərin delimitasiya başlanma səbəbi isə, 30 il ərzində Ermənistanla dövlət sərhədi o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən torpaqların işğal altında olması idi ki, məhz buna görədə bu artıq bir zərurəti daşıması aydın məsələdir. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi, yeni tarixin verilməsini gözləyirik. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. Bu kimi yenidən qurulma addımlarının atılmasında Avropa İttifaq əsas ticari tərəfaşlıqdır. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.
İsmayılov Akif / Nəsimi rayon Ağsaqqalar şurasının üzvü