image-001-7backend

Prezident İlham Əliyev bu diyarı mədəniyyət paytaxtı elan etmişdir.

image-reklam_sirab_01

Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa şəhərinin banisi Pənahəli xan Sarıcalı- Cavanşir olub. Nadir şahın ölümündən sonra 1747 – ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün çoxlu qalalar inşa etdirmişdir. 1750 -ci ildə Qarabağın ən gözəl guşəsində yeni bir qalanın təməlini qoyur. Bununla yanaşı müdafiə divarları, binalar və saraylar inşa etdirir.
Deyilənə görə Şuşa şəhərini əvvəl yerli sakinlər xanın şərəfinə Pənahabad adlandırmışlar. Sonralar bu şəhəri şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə”, sonra Şuşa adlandırıblar. Başqa bir mənbələrdə isə şəhərin adının “şüşə” sözündən əmələ gəldiyini deyir.
Pənahəli xan da, İbrahimxəlil xan da Şuşanı qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa etdiriblər. Şəhər əvvəlcə 17 məhəlləyə bölünüb sonra isə bu məhəllələrin sayı artmışdır. Məsələn: Seyidli, Culfalar, Çuxur, Mamayı, Çölqala və.s Bu məhəllələrində öz hamamı, məscidi və bulağı vardır.
Şuşanın 300 tarixi abidəsi, 550 qədim yaşayış məskəni, 870 metr uzunluğunda qala divarları olmuşdur.
Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümumilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir : “ Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.
Şuşanın işğalından əvvəl şəhərin ərazisi abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, 17 məhəllə, 17 məscid, 6 karvansara, 3 türbə, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. 1977 ci ildə Şuşa tarixi – memarlıq qoruğuna çevrilmişdir. Bu qoruğa daxil olan abidələr Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa qalası, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi və digərlərini qeyd etmək olar. Buradakı məscidlər də öz gözəlliyi ilə seçilirdi. Bunlara -Aşağı Gövhərağa, Mamayı, Saatlı və məscidləri aid etmək olar.
Şuşada həmçinin maarif ocaqları da vardır. Bu maarif ocaqlarına Şuşa Musiqi məktəbi, Şuşa şəhər gimnaziyası, Şuşa Realnı məktəbi və.s aid etmək olar.
XVIII əsrin 2 ci yarısında Şuşa musiqi mərkəzinə çevrilmişdir və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Musa Şuşinski, Mütəllim Mütəllimov və.s bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlarıdır.
Azərbaycanın peşakar musiqisinin banisi , dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Şuşanın dünya şöhrətli yetirmələrindəndir. Şuşa eyni zamanda Azərbaycanın bir çox görkəmli bəstəkarlarının vətənidir. Fikrət Əmirov, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov və bir çox başqaları yetişmişdir.
Şuşa poeziyanın beşiyidir. Neçə- neçə şairlər ,yazıçılar məhs bu şəhərdə yaşayıb və yaradıbdır. Məsələn: Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Molla Vəli Vidadi və.s
Şuşa mədəniyyət ocağı artıq azaddır. Prezident İlham Əliyev bu diyarı mədəniyyət paytaxtı elan etmişdir. Prezident İlham Əliyevin dəyərli kəlamlarına nəzər salaq. “ Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın , bölgənin mədəni paytaxtı sayıla bilər”.
Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildiyini qeyd edən dövlətimizin başçısı deyib: “ Yaşayış fondunun , tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq , eyni zamanda tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir.”

Nəsimi rayon gənci, Bakı Slavyan Universitetinin tələbəsi
Ələkbərova Fatimə İsmayıl qızı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki