image-12022023130006_17aa636c66be70fe0f09273e763ded68backend

Qardaş ölkə Azərbaycandan yardımlar zəlzələdən zərər çəkən Şanlıurfaya çatıb

image-reklam_sirab_01

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələ ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin göndərdiyi 40 generator Şanlıurfaya çatıb.

Vətəninfo.az – Qəhramanmaraş mərkəzli və “əsrin fəlakəti” olaraq xarakterizə edilən 10 vilayətdə baş verən zəlzələdən sonra qardaş ölkə Azərbaycan yardım göndərməyə davam edir.

Bu çərçivədə Azərbaycan Respublikası Milli Məclisinin göndərdiyi 40 generator zəlzələdən zərər çəkmiş Şanlıurfaya çatıb. Azərbaycanrəsmiləri  ilə birlikdə gətirilən generatorlar Şanlıurfa valiliyi və AFAD-ın koordinasiyası ilə yaradılan yardım anbarına çatdırılıb.

Azərbaycan Milli Məclisinin baş katibinin müavini İlham Həsənov Türkiyənin 10 vilayətində baş vermiş zəlzələdən dərin kədərləndiklərini bildirib.

Azərbaycanın zəlzələdən sonra hər cür dəstəyə səfərbər olduğunu izah edən Həsənov deyib:

“Türk xalqının pis günlərində kədərini paylaşırıq. Türk xalqının yanında olmağı özümüzə borc bilirik. Prezidentlərimizin başlatdığı bu qardaşlıq münasibətləri bu çətin gündə də özünü göstərdi və bu dostluğun davamı olaraq, biz Azərbaycan Milli Məclisi olaraq öz köməyimizi etdik.Milli Məclisin sədri xanım Qafarovanın rəhbərliyi ilə göndərilən yardımı Türkiyədəki qardaşlarımıza çatdırdıq.Bütün Türkiyəyə başsağlığı veririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki