image-8backend

Qardaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

image-reklam_sirab_01

Ağdaş rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Aləşrəfovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Vətəninfo.az-ın xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il iyunun 17-də Ağdaş rayonunun Abad kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü M.Aləşrəfovla qardaşı, 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə o, Q.Aləşrəfovu odlu silahdan atəş açaraq qətlə yetirib.

Daha sonra M.Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (Qəsdən adam öldürmə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki