image-1618224040_16182229255798830140_1000x669backend

Qələbə ölkənin və bütün regionun surətli inkişafı üçün əsaslı zəmin yaradib.

image-reklam_sirab_01

Qarabağ Müharibəsi həm Azərbaycandan, həm də Ermənistandan təxminən 725.000 azərbaycanlının və 300.000-500.000 erməninin köçürülməsi ilə nəticələndi. Bişkek protokolu döyüşləri sona çatdırdı və Ermənistan Dağlıq Qarabağ və ətrafındakı azərbaycanlıların yaşadığı Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanı işğal etdi. Bişkek protokolunun şərtləri münaqişəni dondurdu və sülh prosesi yaratmaq üçün beynəlxalq vasitəçilik cəhdləri ATƏT-in Minsk Qrup-u tərəfindən 1994-cü ildə başladıldı. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə işğalçı qüvvələrin Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çəkilməsini tələb edən dörd qətnamə qəbul etdi. 2008-ci ildə Baş Assambleya erməni işğalçı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən bir qərar qəbul etdi. Buna baxmayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ buna əleyhinə səs verdilər.

Qarabağ muharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikasi əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikasi  ilə BMT Təhlukəsizlik Şurasi işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarin icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı.. Beynəxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. 2011-ci ildə Rusiyanin təşəbbüsü ilə Kazanda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev,Ermənistanin işğal etdiyi 7 rayonu Azərbaycana qaytarmağa hazır olduğunu bildirən Kazan sənədini imzalamaqdan imtina etdi. Bunun səbəbi isə Azərbaycanın ətraf rayonlarla yanaşı, Dağlıq Qarabağ bölgəsinin də, Azərbaycandan kənarda istənilən statusunu istisna etməsi idi.Formal olaraq, 2016-cı ildən sonra Madrid prinsipləri yaxud konfiqurasiyaları əsasında davam edən sülh danışıqları prosesi, 2018-ci ildə Ermenistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanin  “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.

ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir təşkilat kimi bu günə  qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirsə də, heç bir konkret addım atmağa nail olmayıbDağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş Preambula Tərəflər onların xalqlarının tərəqqisi və firavanlığı üçün regionda sülhün və əməkdaşlığın önəmliyini tamamilə dərk edərək uzun sürən Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq əzmindədirlər.Aşağıda şərh edilən nizamasalma Qafqazın birgə iqtisadi inkişafı üçün zəmin yaradacaq, demokratik təsisatlar, rifahın yüksəlməsi və gələcəyə böyük ümidlər bəslənməsi şəraitində bu regionun xalqlarına normal və səmərəli həyat sürməyə imkan verəcəkdir. Bu sazişə uyğun olaraq aparılan əməkdaşlıq bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə gətirib çıxaracaq, beynəlxalq təşkilatların köməyi ilə insanlara öz şəhər və kəndlərini bərpa etməyə,regionda xarici kapital qoyuluşlarının xeyli artırılması üçün lazımi sabitlik yaratmağa və müqəddəs şənləri Qafqaz regionunun özündə olan təbii tərəqqinin bütün insanlar üçün əldə edilməsinə doğru aparan qarşılıqlı surətdə faydalı ticarətə yol açmağa imkan verəcəkdir. İnsanlar arasında barışıq və əməkdaşlıq onların çox böyük potensialını öz qonşularının və dünya xalqlarının rifahı üçün sərbəstləşdirəcəkdir.

İkinci Qarabağ muharibəsidə xalqimizin qələbəsi ölkənin və bütün regionun sürətli inkişafi üçün əsaslı zəmin yarardı.Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti,  ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Beləliklə, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrdən ibarətdir. 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən atəşkəs bəyanat imzalanır. Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir.

Fərzəliyev  Kamran

Bakı Slavyan Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki