Qaramanlılar Qaraqoyunlu tayfa ittifaqını təşkil edənlərdən biri olublar. İlk öncə müstəqil olan bu türk elin Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində rolu olub. Qaraqoyunluların süqutundan sonra onlar Ağqoyunlu tayfa ittifaqına, daha sonra isə Qızılbaş tayfa ittifaqına qoşulurlar. Qaramanlı tayfasının üzvləri bir müddət Gəncə-Qarabağ bəylərbəyliyini idarə ediblər.
Qaramanlı elində yüzlərlə, minlərlə qəhrəman döyüşçülər və şəxsiyyətlər yetişib. Onlardan biri də Qızılbaş ordusunda Baba Xəlifə Qaramanlı adı ilə tanınan Şərqin qorxmaz döyüşçüsü idi. Osmanlı, Qızılbaş və digər Şərqin ordularında Onu üç adla tanıyırdılar:
1) Kəlbəli –Həzrət Əlinin qulu kimi adlanan bu adı fövqəlbəşəri gücünə görə almış idi. Döyüş zamanı hər kəs deyirdi- Kəlbəli əli ilə top güllələri ata bilir. Döyüşçülər dedilər ki, döyüş zamanı Kəlbəli atlı süvarinin üstünə qaçırsa, onunla bərabər at da qorxusundan öldürdü.
2) Xəlifə Əbu-l-Qazi (döyüşçülərin atası). Onu belə adlandırıblar, ona görə ki, o, öz tayfasının başçısı olmasına baxmayaraq, heç vaxt sıravi döyüşçüləri tərk etməyib, onlarla müharibənin bütün çətinliklərini bərabər bölüşürdü: onların çadırlarında yatırdı, yeməklərini yeyirdi və s. Döyüşçülər onu çox sevirdilər və onu sona qədər izləməyə hazır idilər.
3) Dəli Baba. Döyüş meydanında qorxmazlığına, basqınlarına heyran qalan osmanlılar, Krım tatarları, ləzgilər, şirvanlılar arasında onun adı belə hallanır.
Xəlifə Qaramanlı tayfasının əmiri olmasına baxmayaraq, ölümünə qədər şaha sadiq olsa da, Şah Təhmasibin sarayında yüksək vəzifəyə nail ola bilmədi. Əvvəla, ona görə ki, o, buna can atmayıb. Məclislərdə çox sakit, təvazökar, nitqi nadir olan bir insan idi. Döyüş zamanı əsl Baba Xəlifə, dəli Qızılbaş olurdu. O, hər cür zirehi xor saydığı üçün həmişə əlində döyüş baltası, sinəsi açıq döyüş meydanına çıxırdı.
1578-ci ilin noyabrın 28-i Ağsu çayı sahilində Mollahəsənli adlanan ərazidə Osmanlı imperiyasının vassalı olan Krım xanlığı qoşunları ilə Səfəvi ordusu arasında baş vermiş döyüşdə Krım xanı I Dövlət Gərayın oğlu Baba Xəlifə Qaramanlının başçılıq etdiyi dəstə tərəfindən məğlub edilir və nizə ilə onu atdan salan Baba onu öldürmək istəsə də, sonradan fikrindən daşınıb əsir götürür.
“Gəlirəm Ya Heydər!”- “Gəlirəm, ey Allahın Aslanı” hayqıran zaman qarşı tərəfdə hamı qaçırdı. Osmanı ordusu ilə döyüşdə neçə min yençəri ilə 100 qızılbaş ilə son nəfəsinə qədər döyüşüb, 20-dən çox ox və qılınc zərbəsindən sonra ölmüşdür.
Zaur Əliyev, dosent